OKCU HOMES LTD şirkətinin Azərbaycan nümayəndəliyi

Tətilinizi Antalyada öz evinizdə keçirin

Türkiyə qanunları bir il öncə Azərbaycan vətəndaşlarına da mülkiyyət sahibi olmaq hüququ verəndə çoxları xəyallarını gerçəkləşdirmək arzusunda oldu. Amma ev almaq o qədər də asan iş olmadığından elə o andan da bir sıra çətinliklərlə üzləşməli olursan. Ortaya çıxan suallarsa onlarcadır. Nə almalı? Bina mənzilimi, yoxsa bir həyət evimi? Böyüklüyü nə qədər, otaq sayı, qiyməti nə qədər olsun? Harada? Dənizə, ya dağlara, yoxsa şəhər mərkəzinə yaxın olsun?

Üzləşə biləcəyiniz bu və bu kimi bütün problemlərdən uzaq olmaqla xəyal etdiyiniz evinizə həyəcansız və qayğısız sahib olmaq yollarını “Okçu Daşınmaz Əmlak” şirkətinin Azərbaycandakı nümayəndəsi İlyaz Ayaydınla birlikdə müzakirə etdik.

İlk olaraq ölkəmizdəki fəaliyyətinizdə uğurlar arzulayırıq. Sizcə Azərbaycanda özünüzü tanıda biləcəksinizmi?

Düşünürəm hə. Azərbaycanda özümüzü olduğumuz kimi dürüst və şəffaf şəkildə tanıtdıq. Səmimi münasibətimiz təmas etdiyimiz bütün dairələr tərəfindən son dərəcə müsbət qarşılandı.

“Okçu” Daşınmaz Əmlak müştərilərinə hansı “məhsullarını” təklif edir? Yəni buraya təkcə evlərmi daxildir?

Xeyr. Müştərilərimizə təkcə evlər deyil, iş yerləri,ticarət obyektləri, otellər və torpaq sahələri də təqdim edirik.

İlyaz bəy alıcılar rahatlıqla sizə müraciət edə bilərlərmi?

6 ildən çoxdur ki, Antalyada fəaliyyət göstəririk və Türkiyə əmlak sektorunda öz sözümüzü deyən öncül firmalardanıq. Bunun səbəbi isə müştərilərimizə xüsusi yanaşmağımızdır. Bunu daha aydın şəkildə izah edim. Bizdən ev alan istənilən alıcıya hüquqi yardım göstəririk. Ev aldıqda və ya aldıqdan sonra ortaya çıxan bütün problemlərdə öz köməyimizi təklif edirik. Bu Azərbaycanda açılan filialımız üçün də keçərlidir. Artıq Türkiyədə əmlak alarkən hər hansı bir əngəllə qarşılaşacaqları zaman Antalyaya gəlmələrinə ehtiyac yoxdur. Bununla da hər hansı problemlə qarşılaşa bilmələrindən söz gedə bilməz. Və alıcılar əmin ola bilər ki, bizim Azərbaycanda açılan Bakı filialımız da eyni xidməti göstərəcəkdir.

Söylədiniz ki, əsas ofisiniz Antalyadadır. Satışa çıxardığınız evlər də yalnız Antalyadadır yoxsa başqa şəhərlərdə də evlər təklif edirsiniz?

Bizim İstanbul, İzmirdə də yerləşən önəmli inşaat firmaları ilə də əməkdaşlığımız var. Yaxın müddətdə orada öz şöbəmizi açacağıq.

Satışda üstünlük Antalya şəhərinə verilib. Bunun səbəbləri nələrdir? Belə deyək niyə məhz Antalya?

Antalyanın təbiəti, iqlimi, möhtəşəm yaşayış yerlərindən, bol günəşindən, dənizindən danışmaq məncə artıq olardı. Bura əsrarəngiz tarixini əlavə etsək düşünürəm hər şey aydın olar.

Antalya 3 mövsüm yaz sezonu ilə sabahları dağlarında xizək sürəcəyiniz və gündüzləri Ağdənizin mavi sularında üzə biləcəyiniz bir şəhərdir. Kral Attalos Antalya üçün boş yerə “yer üzündə cənnət” kəlməsini deməmişdir.

Azərbaycandan başqa hansısa ölkə xaricində filialınız varmı?

5 ildir xaricdə ortaq firmalarla işləyirik. Hələ ki, birinci mərhələdə Rusiya - Moskva və Şimali İraq - Ərbildə nümayəndəlik açmağı planlaşdırırıq. Orta müddətlik strategiyamızda 19 ölkədə nümayəndəlik açmağı hədəfləyirik.

Sonda satış şərtləriniz barəsində oxucularımıza məlumat vermək istərdinizmi? Şirkət olaraq hansı üstünlüyünüz var?

1. Nəğd ödəniş, 2.Əmlak dəyərinin 50 %-ni ilkin ödəniş etdikdən sonra məbləğin qalan hissəsini bank yolu və ya əmlakdan asılı olaraq şirkətimiz tərəfindən verilən kreditlə ödəmək mümkündü, 3. Banksız ödəmə- evin məbləğinin 40%ni ilkin ödəniş, 60%ni isə 1 il ərzində sifir faiz ilə ödəmək mümkündür. Ev alan müştəri onun sahibi olur, bir illik yaşamaq hüququ alır və hər il bu viza avtomatik artırılır. Müştəri məmnuniyyəti üçün əlimizdən gələn hər şeyi edirik. Satın alınmış mülkün arzu edildiyi təqdirdə təkrar satılması və ya kirayə verilməsi ilə də məşğul oluruq. Biz “Okçu Daşınmaz Əmlak” olaraq müştərilərimizin rahat olması və güvənli bir investisiya həyata keçirməsi üçün hər şərait yaradırıq.

12

Əmlak axtarışı