Antalya haqqında

Antalya Türkiyənin cənubunda dəniz səviyyəsindən 30 m yüksəklikdə, eyni adlı körfəzdə yerləşən kurort şəhəridir. O, aypara formasındadır. Ölkənin turizm paytaxtı, dünyanın göz bəbəyidir. Şəhəri hər tərəfdən Toros dağları əhatə edilir. Gözəl çimərlikləri ilə seçilir. Ərazisi 1,4 min kvadrat kilometrdir. Əhalisi 1.038000 nəfərdir. İl ərzində gələn turistlərin sayı 30 milyona çatır. Burada ev alıb yaşayan xarıcı vətəndaşların sayı 100.000-dən artıqdır. Hazırda qədim və yeni olmaqla iki hissəyə ayrılıb. Ərazisində Ağ dəniz iqlimi hakimdir. Yayı isti və quru, qışı yağışlı keçir. Nəmlilik 64%, suyun orta temperaturu isə + 21,5 dərəcədir. Onu da nəzərə alın ki, Türkiyənin Ağ dənizi sahilləri ekoloji baxımdan ən təmiz ərazilər hesab edilir. Günəşli günlərin miqdarı 300-dən çoxdur. Şəhər arxitektura və tarixi abidələri ilə məşhurdur. Onu hər tərəfdən Toros dağı əhatə edir. Ağ dənizinin ən məşhur və 6,5 km uzunluğu olan Konyaaltı çimərliyi məhz buradadır.Yağıntıların illik miqdarı 1600 mm-ə bərabərdir.

Çimərlik mövsümü mart ayından noyabrın axırına kimi davam edir. Pul vahidi türk lirəsidir.

Turist axınının daha çox qeydə alındığı məkan Qalayçi, yəni qədim şəhərdir. Antalyanın diqqətəlayiq yerlərinin əksəriyyəti də demək olar ki, bu ərazidə yerləşir. Liman hissə 1988-ci ildə tamamilə bərpa olunub. Buradakı evlərin çoxu mehmanxana və restoranlara çevrilib. Yivli minarəsi isə Antalyanın simvolu hesab olunur. 39 metr hündürlüyə malik abidə 1230-cu ildə sultan Ələddin Keyqubad tərəfindən inşa edilib. Abidə məhz arxitekturasına görə Yivli adlandırılır. Bu sözün mənası isə kələ-kötür deməkdir. Əsası XIX əsrdə qoyulan Saat Qülləsi, Xıdırlıq qalası, Adrianın qapıları, Atatürk və Mərmərli parkları da hamının sevimli istirahət yerləridir. Antalyanın şimal-qərbində yerləşən və Makedoniyalı İsgəndərin fəth edə bilmədiyi Termessos şəhəri diqqətəlayiq məkanlardandır. Türkiyənin ən zəngin müzeylərindən biri də məhz Antalyadadır. Burada Osmanlı imperiyasına qədərki dövrün tapıntıları, romalılara aid heykəllərlə işlənmiş sarkofaqlar və s. vardır.

Əmlak axtarışı