Xarici vətəndaşlar üçün mülkiyyət haqqında dövlət reyestrindən çıxarış (kupça) sənədi alma prossesi sadələşdirildi

Xarici vətəndaşlar üçün mülkiyyət haqqında dövlət reyestrindən çıxarış (kupça) sənədi alma prossesi sadələşdirildi!!!

Türkiyədə əmlak almağı planlaşdıranlara heyrətamiz xəbərimiz var!

İndi əcnəbilər əvvəl olduğu kimi mülkiyyət haqqında dövlət reyestrindən çıxarış (kupça) sənədini almaq üçün 2-3 ay gözləməyəcəklər. Əvvəllər sənədlərin hər dəfə İzmirdəki hərbi idarəyə göndərilməsi, stratejik obyekt olub-olmadığını və ya xarici vətəndaşlara satıla bilməsi ilə bağlı araşdırmalara zaman sərf olunurdu.

8 oktyabr 2013-cü ildə Tapu Kadastro bölgə müdiri Davut Güney tərəfindən imzalanmış 1751 saylı qanuna əsasən əcnəbilərin mülkiyyət haqqında dövlət reyestrinndən çıxarış (kupça) almaq üçün yeni sadələşdirilmiş qaydalar qüvvəyə mindi.

İndi hər hansı əcnəbi torpaq sahəsi və ya daşınmaz əmlak alarsa artıq onun sənədləri İzmirdəki hərbi idarəyə yoxlanışa göndərilməyəcək. Əcnəbilər üçün də zaman baxımından eyni Türkiyə vətəndaşları üçün olan prosedur baş verəcək. OKCU HOMES sizin tam rahatlığınızı təmin edir - qeydiyyat əvvəl olduğu kimi 2-3 ay deyil, artıq 2-3 gün ərzində təşkil ediləcək.

Bundan əlavə, biz Sizin rahat alış-verişiniz üçün bütün digər zəruri rəsmiləşdirilmə ilə məşğul də olacayıq. Cəmi bir neçə gün ərzində siz qonaqpərvər Türkiyədə gözəl əmlak sahibi ola bilərsiniz!

12

Əmlak axtarışı